Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada pandemiyanın 4-cü dalğası müşahidə olunur

Cənubi Koreyada pandemiyanın 4-cü dalğası müşahidə olunur

Tarix: 7 Iyul 2021 22:56

Cənubi Koreyada son günlər COVID-19 virusuna gündəlik yoluxma sayının artması ölkədə pandemiyanın 4-cü dalğasının başladığını deməyə əsas verir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Cənubi Koreyanın Baş naziri Kim Boo-kyum mərkəzi və yerli hakimiyyət orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda qarşıdakı 2-3 gün ərzində sutkalıq yoluxma hallarının çoxalacağı təqdirdə, sərt karantin rejiminin tətbiqinin nəzərdən keçiriləcəyini deyib. Hökumət başçısı bildirib ki, paytaxt Seul və ətraf ərazilərdə mövcud karantin rejiminin iyulun 1-də yumşaldılması ilə bağlı əvvəlcədən qəbul olunmuş qərarın icrası epidemik vəziyyət nəzərə alınaraq təxirə salınıb. Bəzi yaşayış məntəqlərində əvvəlki günlərdə yumşaldılmış karantin rejimi isə yenidən bir qədər sərtləşdirilib.

Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına əsasən, ötən sutka ölkədə virusa 1212 yoluxma aşkarlanıb. Bu, ötən ilin dekabrın 25-də Cənubi Koreyada qeydə alınmış rəqəmdən (1241 yoluxma) sonra gündəlik 2-ci ən yüksək göstəricidir.

Səhiyyə Nazirliyinin rəsmisi Son Yunq-re bildirib ki, COVID-19 virusunun daha təhlükəli "delta" ştamı Cənubi Koreyada da yayılır. Son günlər yoluxanların təxminən 7 faizində məhs "delta" ştamı aşkarlanıb. O, COVID-19 infeksiyasına qarşı peyvənd vurulanların sayının hələlik yüksək olmadığını, hazırda əsasən yaşlı insanlar və yoluxma riski yüksək olanlara peyvənd vurulduğunu deyib. Yaşı 60-dan 75-dək olanların təxminən bir faiz peyvəndin hər 2 dozasını qəbul edib.

İngiltərə ictimai səhiyyə qurumunun mütəxəssislərinin araşdırması göstərir ki, ikidozalı peyvəndlərin bir dozasının "delta" ştamına qarşı effektivliyi təxminən 30 faiz təşkil edir. Bu səbəbdən də "delta"ya qarşı mühafizə üçün peyvəndin hər 2 dozasının qəbulu şərtdir.


Etiketlər:  Cənubi Koreyada pandemiyanın dalğası müşahidə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ