Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

APOEL-də ciddi itki - ''Qarabağ''la oyunu buraxacaq

APOEL-də ciddi itki -  ''Qarabağ''la oyunu buraxacaq

Tarix: 9 Avqust 2019 13:28

APOEL Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyununa ciddi itki ilə çıxacaq.

Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın zədəli futbolçusu  Alef dos Santos Ağdam klubu ilə matçı buraxacaq. Yoxlama oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub.

Digər zədəli Vuyadin Saviçin durumuna aydınlıq gəlməyib. Serbiyalı müdafiəçinin qarın nahiyəsində ağrılar var. Onun "Qarabağ"la görüşdə meydana çıxıb-çxmayacağı qarşıdakı günlərdə bilinəcək.

Xatırladaq ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-ü olacaq. Bu komandalar arasında Kiprdəki matçda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.
 


Etiketlər:  APOEL ciddi itki Qarabağla oyunu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ