Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 13:56
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo 2003-cü ildə “Sportinq”in heyətində “Mançester Yunayted”ə qarşı keçirilən oyun haqda maraqlı açıqlama verib.
Qol.az xəbər verir ki, Portuqali mətbuatına müsahibəsində o bildirib ki, həmin vaxt onu xeyli klub izləyirmiş.
“Həmin matça yaxşı köklənmişdim. Bilirdim ki, əgər yaxşı oynasam, nəinki “Mançester Yunayted”, digər klubların da diqqətini çəkəcəyəm. Çünki mənimlə maraqlanırdılar. Doğrusu, bu oyunda qol vurmaq mənim üçün vacib deyildi. Əgər vursaydım, mənimlə maraqlanan klubların sayı 100-ə çatardı, həmin vaxt isə bu rəqəm 50 idi. Bu matçda “Sportinq” qalib gəldi” – deyə Ronaldo bildirib.