Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 14:20
İngiltərədə bu yay artıq bağlanan transfer pəncərəsində klublar futbolçulara ümumən 1,41 milyard funt xərcləyiblər.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu, 2017-ci ildə qeydə alınan rekord göstəricidən 20 milyon funt azdır. 2017-ci ildə klublar 124, bu yay isə 101 futbolçu alıblar.
Hazırkı transfer pəncərəsində ən bahalı oyunçu Harri Maquayr (80 milyon funt), Nikolya Pepe (72 milyon funt) və Rodri (63 milyon funt) olublar.
Transferlərə ən çox pul xərcləyən isə “Arsenal”dır – 155 milyon funt. İkinci yeri “Mançester Siti” (150 milyon), üçüncü yeri “Mançester Yunayted” (145 milyon) tutub.