Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”nin oyununda meydana girən ağsaqqal kimdir?

“Neftçi”nin oyununda meydana girən ağsaqqal kimdir?

Tarix: 9 Avqust 2019 14:52

Dünən Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Neftçi" - "Bney Yehuda" matçı (2:2) zamanı maraqlı hadisə yaşanıb.

Qol.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən qarşılaşmada İsrail komandasının futbolçuları vaxtı uzatmaqla məşğul olmaları azarkeşlərin etirazına səbəb olub. Amma belə bir vaxtda meydanda yaşlı bir nəfərin görünməsi diqqət çəkib.

Bu epizoda matçı canlı yayımlayan "CBC Sport"un şərhçisi Pərviz Musayev də özünəməxsus şərh verib. O, oyunun son dəqiqələrində meydana daxil olan şəxsə "Sənin meydanda nə işin var, ağsaqqal?" deyə, səslənib.

Daha sonra məlum olub ki, bu yaşlı şəxs “Bney Yehuda” klubunun əməkdaşıdır və tibbi personalda yer alır.

 


Etiketlər:  Neftçinin oyununda meydana girən ağsaqqal kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ