Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəblərdə nöqsanlar aşkarlandı - VİDEO

Məktəblərdə nöqsanlar aşkarlandı - VİDEO

Tarix: 10 Iyul 2021 16:38

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə 26 may-9 iyun tarixlərində Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif xarakterli qayda pozuntuları aşkar edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmisi Könül Əhmədovanın sözlərinə görə, monitorinqlər Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir.

Monitorinqlərin müxtəlif regionlarda yerləşən və təsadüfi seçim əsasında müəyyən edilən digər məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Məktəblərdə nöqsanlar aşkarlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ