Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş xanımı Hüseyni övladları ilə şantaj edir - VİDEO

Keçmiş xanımı Hüseyni övladları ilə şantaj edir - VİDEO

Tarix: 12 Iyul 2021 13:10

"11 il ailəli olmuşam. 11 ildə qazandığım hər şeyi qurban vermişəm. İnsanlar məni qınaya bilər ki, 2 qız atasısan. Həyatda ayrılan tək insan deyiləm. Bir vaxtlar kiminsə ayrılmağını eşidəndə təəccüblə baxırdım ki, olmaz. Bir dəfə ailə qurdun, ömrünün sonuna kimi get. Amma elə deyil. Təəssüf olsun ki, övladlarımdan mənə qarşı silah kimi istifadə edirlər. Çox heyif. İtirdiyim maşına, evlərə, pula üzülmürəm. Övladlarıma üzülürəm".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Onun sirri" proqramında deyib. İlk həyat yoldaşı İncidən ayrılan musiqiçi övladlarının onunla danışmadığını bildirib. Hüseyn qeyd edib ki, keçmiş xanımı onu şantaj edir:

"Onları geri qazanmaq üçün bir tək təmiz adımdan başqa hər şeydən keçərdim. İndi məni izləmirlər, onlar elə pis əhatədə yaşayırlar ki... Həyatda öz valideynimə etmədiyimi qarşı tərəfin valideyninə etmişdim. Uşaqlarımı mənə qarşı döndərdilər. Böyük qızımın 11 yaşı var. Bir insanı bütün günü pisləsən, istər-istəməz fikriniz dəyişəcək. İnsan bir şeyi itirəndə başqa nəsə qazanır. Amma övladın yerini heç nə vermir. Balaca qızım mənimlə danışırdı, onu da döndərdilər. Mənə deyirlər ki, əgər bizə başqa ölkəyə getməyə icazə kağızı versən, uşaq sənlə danışacaq, verməsən yox. Adam uşaqdan istifadə edə bilər?".

İkinci dəfə aktrisa Aysellə ailə quran Hüseyn xoşbəxt olduğunu deyib:

"Əsas bu gün xoşbəxtəm. Həyatda bəzi şeyləri məcbur yaşayırsan. 11 il boşuna yaşamışam. Rahat insanam, evə gəlib yemək tələb etmərəm. Səhər yuxudan oyanacam, yemək tələb etməyəcəm. Özüm gedib açıb götürürəm. Əsas insana hörmət, dəyər verməkdi. Dəyərli olduğumu indi hiss edirəm. Uşaqlarımın gələcəyi üçün hər şey vermişəm. Böyük qızıma hər zaman deyirdim ki, ən böyük cehizin namusundur. Övladlarıma kasıb da, varlı da olsalar namuslu olmağı diləyirəm".


Etiketlər:  Keçmiş xanımı Hüseyni övladları ilə şantaj edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ