Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda şəhidin xatirəsi əbədiləşdirildi - VİDEO

Bakıda şəhidin xatirəsi əbədiləşdirildi - VİDEO

Tarix: 13 Iyul 2021 11:40

Şəhid Cavid Manafovun büstünün açılışı olub

Milli.Az Real TV-ə istinadən bildirir ki, vətən müharibəsi şəhidi Cavid ManafovUN xatirəsi əbədiləşdirildi.Qəhrəmanımızın yaşadığı evin qarşısında onun şərəfinə ucaldılan büstün açılış mərasimi keçirildi . açılış mərasimində şəhidimizin ailə üzvləri və yaxinlari , icra hakimiyyəti numayəndələri, təhsil aldigi ali məktəbin müəllim heyəti və ziyalilar iştirak etdi.Çixiş edənlər Cavidin ManafovUN şərəfli omür və döyüş yolunDan bəhs etdilər. Şəhidin anasi natavan xanim vətənə qəhrəman oğul böyütdüyü üçün fəxr etdiyini bildirdi .

Qeyd edək ki, Cavid Manafov 4 fevral 1999-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olub.ilk təhsililini Heydər Əliyev adina liseydə alıb və ali təhsilini Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində bitirib.Universiteti bitirdikdən sonra 8 iyul 2020-ci ildə hərbi xidmətə yollanıb.Müharibə başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.31 oktyabr 2020-ci il tarixində döyüş yoldaşlarını xilas edərkən ağır yaralanib. Xəstəxanaya yerləşdirilən qəhrəmanimizi xilas etmək mümkün olmayib.o, 7 noyabr 2020-ci il tarixində şəhid olub. ÖLÜMÜNDƏN sonra qəhramanımız "Vətən Uğrunda",Füzulinin Azad Olunmasına Görə"Döyüşdə Fərqlənməyə Görə " və " Cəbrayılın Azad Olunmasına Görə " medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Bakıda şəhidin xatirəsi əbədiləşdirildi VİDEO


RƏYLƏR