Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OnePlus bunu da edir

OnePlus bunu da edir

Tarix: 13 Iyul 2021 23:12

OnePlus smartfonları həmişə flaqman texniki özəlliklər və yüksək performansla tanınıblar. Lakin məlum olub ki, şirkət bir çox mobil tətbiqin işə salınması zamanı öz smartfonlarının performanslarını bilərəkdən aşağı salır. AnandTech adlı sayt bu məsələ ilə bağlı geniş araşdırma aparıb. Bu səbəbdən də sayt əməkdaşları OnePlus smartfonunda bir sıra tətbiqi testdən keçirdiblər. Testlərdə OnePlus 9 Pro smartfonu iştirak edib. Məlum olub ki, OnePlus 9 Pro-da müxtəlif növ bençmarkların işə salınması zamanı smartfonun sahib olduğu Snapdragon 888 prosessoru yüksək performans ilə çalışır. Lakin gündəlik isitfadə olunan tətbiqlərin işə salınması zamanı vəziyyət dəyişir.

Məlum olub ki, OnePlus şirkəti bir növ qara siyahı yaradıb və ora Google Play-dən olan bir çox tətbiqi daxil edb. Smartfon həmin tətbiqlərdən hansısa birini işə düşdüyünü təyin edən zaman maksimal performans göstəricisini məhdudlaşdırır. AnandTech mütəxəssisləri sosial şəbəkələrdən başlayaraq Microsoft Office kimi bir çox məşhur tətbiqi test ediblər. Test olunmuş tətbiqlərin demək olar ki, hamısında məhdudlaşdırma prosesi işə düşür. Bundan əlavə olaraq bu hal həmçinin OnePlus-ın öz standart tətbiqlərindən bəzilərində də müşahidə olunub. Məsələn test zamanı smartfonda Chrome brauzeri üzərindən Speedometer 2.0 beçmarkı işə salınmışdı. İlk mərhələdə bençmark testi 61.5 xal nəticə təqdim etmişdi. Bu isə Snapdragon 888 prosessoru vasitəsilə çalışan bir smartfon üçün çox aşağıdır. Mütəxəssislər aşkar ediblər ki, bençmark testinin işə salınması zamanı prosessorun yüksək performanslı Cortex-X1 nüvəsi deaktiv şəkildə qalıb. Onun yerinə 2.0 GHz tezlikdə məhdudlaşdırılmış Cortex-A78 nüvələri işə düşüblər.

Halbu ki, həmin nüvələr mümkün olan 2.41 GHz tezlikdə çalışmalı idilər. Maraqlısı ondadır ki, testin təkrar keçirilməsi halında yalnız Cortex-A55 nüvələri işə düşmüşdülər. Nəticədə smartfonun bençmark test nəticəsi 16.8 xal olmuşdu. Müqayisə üçün qeyd etmək lazımdır ki, Vivaldi brauzerinin istifadəsi zamanı heç bir məhdudlaşdırıcı proses ortaya çıxmamışdı. Buna görə də smartfonun bençmark test nəticəsi 107 xal olmuşdu. Bu isə Snapdragon 888 prosessoruna sahib digər smartfonların əldə etdikləri göstərici ilə eynidir. Müxtəlif tətbiqlərdə OnePlus 9 Pro öz real performansının yalnız 60-80%-ni sərgiləyirdi. Güman olunur ki, OnePlus bu üsul ilə öz smartfonlarının daha uzunmüddətli çalışmalarını təmin etmək istəyir. Lakin fakt ondan ibarətdir ki, eyni texniki göstəricilərə sahib digər smartfonlar heç bir məhdudlaşdırıcı olmadan OnePlus 9 Pro-dan daha çox çalışırlar.

OnePlus şirkəti artıq bu məsələyə rəsmi aydınlıq gətirib. Şirkət təmsilçiləri etiraf ediblər ki, onların smartfonlarının çalışmalarında qeyri-adi alqoritmdən istifadə olunur. Məlum olub ki, şirkət öz flaqman smartfonlarını elə şəkildə ayarlayır ki, onlar bəzi tətbiqlərin işə salınması zamanı öz performanslarını bilərəkdən aşağı salsınlar. Lakin bunun bir neçə səbəbi var. Şirkət təmsilçiləri təsdiqləyiblər ki, yeni modellərin performanslarının aşağı salınması smartfonların çalışmaları üzrə optimizasiyadan cavabdeh olan alqoritmlə bağlıdır. Həmin alqoritm isə smartfonların daha uzunmüddətli çalışmalarını və temperaturlarının aşağı səviyyədə saxlanmalarını təmin etmək üçün nəzərdə tutulub. Buna görə də bəzi tətbiqlərin işə salınması zamanı smartfonların maksimal performans göstəriciləri aşağı salınır. Qeyd etmək lazımdır ki, smartfonların performans göstəricilərini aşağı salan tətbiqlər arasında Twitter, Microsoft Office, Zoom, Youtube, TikTok, Instagram, Discord və s. var.


Etiketlər:  OnePlus bunu edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ