Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 13:20
Bakıda Əfqanıstan vətəndaşı arvadını öldürüb.
Binəqədi rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, iyulun 09-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərova (Səfayi) öldürülüb.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Əfqanıstan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilib, ittiham elan etmək üçün barəsində axtarış elan edilib.
Cinayət işi üzrə istintaq davam edir.