Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 08:36
Ürək əzələləri və qan damarlarının zəifləməsi ilə qəflətən qan dövranının pozulması nəticəsində meydana çıxır.
Çox vaxt hipertoniya xəstəliyinin, aterosklerozun törətdiyi zədələnmələrdən sonra başlayır.
Buna səbəb həmçinin kəskin infeksion xəstəliklər, qan təzyiqinin qəflətən yüksəlməsi, ifrat fiziki gərginlik və s. ola bilər.
Kəskin ürək-damar çatışmazlığının ilk əlamətləri təngnəfəslik, tezləşmiş nəbz, sifətin göyərməsi, soyuq tərdir.
Belə olduqda xəstəni yatağa uzandırır, başının altına hündür balış qoyur və onu sıxan paltardan azad edirlər. Üzünə və sinəsinə soyuq su çiləmək və təcili həkim çağırmaq lazımdır