Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

Tarix: 10 Avqust 2019 11:15

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Trend-in məlumatına görə, başsağlığında deyilir: “Arxangelsk vilayətində yerləşən hərbi poliqonda baş vermiş hadisə nəticəsində “Rosatom” şirkətinin əməkdaşlarının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.

Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ