Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 13:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
XXX
11:58
Azərbaycanın Zaqatala rayonunda zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,9, dərinliyi 2 km olub.
Zəlzələ hiss olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin