Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - YENİLƏNİB

Tarix: 16 Iyul 2021 16:36

16:35

Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.

TASS bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb:

"Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub".

Sərnişinlərin təxliyəsi üçün artıq "Mi-8" helikopteri xilasedicilərlə əraziyə enib.

Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.

Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb. 

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.

----------

15:57

Rusiyada "An-28" tipli sərnişin təyyarəsi Tomsk əyalətinin səmasında radarlardan itib.

Milli.Az xəbər verir ki, müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində 13 və yaxud 17 nəfər var.

Aviasiya xidmətində olan bir mənbənin verdiyi məlumata görə, təyyarənin qəzaya düşmə ehtimalı yüksəkdir. Ekipaj ilə hələ də əlaqə qurmaq mümkün olmayıb.

Qeyd olunur ki, təyyarə uçuşdan əvvəl texniki olaraq qaydasında olub.

Milli.Az


Etiketlər:  Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ