Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 20:52
Gürcüstanda uşaqlar arasında koronavirusa yoluxma halları artıb. Klinikalarda koronavirus infeksiyasına yoluxan təxminən 300 uşaq var. Onların arasında "delta" ştamına yoluxanlar da var.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze məlumat verib.
Xəstəxanalarda əlavə uşaq çarpayılarının qoyulacağını vurğulayan nazir valideynlərə müraciət edərək deyib: "Valideynlər övladlarının virusa yoluxmaması üçün çox diqqətli olmalıdırlar. Bu gün qoruyucu tibbi maska taxmaq və sosial məsafə saxlamaq uşaqların COVID-19-dan qorunması üçün vacib vasitələr olaraq qalır".
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutka ərzində ölkədə daha 1398 nəfərin koronavirus testi pozitiv nəticələnib, 11 ölüm halı qeydə alınıb.
Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 382 min 734-ə, ölənlərin sayı isə 5503-ə çatıb. Bu günə olan aktiv xəstə sayı 14 min 714 nəfərdir.