Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bloger Emil Paşayevi həbs gözləyir - Avtoxuliqanlıq maddəsi üzrə

Bloger Emil Paşayevi həbs gözləyir - Avtoxuliqanlıq maddəsi üzrə

Tarix: 17 Iyul 2021 14:00

Sankt-Peterburqda 24 yaşlı bloger və sahibkar Emil Paşayev yenidən hüququ-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, avtoxuliqana qarşı yol polisi əməkdaşları tərəfindən ciddi ittihamlar irəli sürülüb. Bildirilir ki, yol polisi tərəfindən saxlanılan gənc onlar barəsində senzuradan kənar ifadələr səsləndirib. Sonra da sürücü vəsiqəsini qoyub və aradan çıxıb. Bundan sonra da onu saxlayan polis əməkdaşlarından birinin mobil nömrəsini tapıb, ona və ailə üzvlərinə qarşı hədələr yağdırıb. Emilə qarşı ittihamlar təsdiqlənərsə onu beş il həbs gözləyə bilər.

Kamran Seyidov


Etiketlər:  Bloger Emil Paşayevi həbs gözləyir Avtoxuliqanlıq maddəsi üzrə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ