Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 16:20
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında 2021-2022-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.
Tədbirin sonunda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.
Maraqlıdır ki, fotolar arasında "Sabah" klubuna təqdim olunan lisenziyanın görüntüsü yoxdur.
Məsələni araşdıracağıq.