Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansılardır?

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansılardır?

Tarix: 19 Iyul 2021 19:18

Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergiödəyicisinin borcudur və vergiödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırlar. Bəs bu məsələdə hansı hallar istisna təşkil edir?

Dövlət Vergi Xidmətindən Sonxeber.net-a bildirilib ki, mövzunu şərh edən iqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergiödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və ölkənin digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: "Qanunvericiliyin tələblərinin pozulmasına görə vergiödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olmadan istisna hallarını isə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması, yaxud hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, hüquq pozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi anda məsuliyyətə cəlb edilmə yaşına çatmaması və məsuliyyətə cəlbetmə müddətinin qurtarması təşkil edir.

Ekspert qeyd edib ki, ümumiyyətlə, şəxsin təqsirini istisna edən hallara bu kimi məsələlər daxildir:

- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törənməsi;

- vergiödəyicisinin - fiziki şəxsin xəstəlik halı ilə əlaqədar öz hərəkətlərinə nəzarət və rəhbərlik etməyi bacarmaması;

- vergiödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;

- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törənməsi və sair.


Etiketlər:  Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansılardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ