Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 09:12
Ukraynanın "Lvov" klubu xoşagəlməz hadisə ilə üzləşib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Premyer Liqa təmsilçisinin 15 üzvünün koronavirus testi müsbət nəticələnib.
Onlardan 11-i futbolçu, 4-ü məşqçi heyətinin üzvləridir. Daha 5 nəfərin yüksək hərarəti var.
Lvovun eyniadlı təmsilçisi yeni mövsümə iyulun 23-də start verməlidir. Həmin gün keçirilməli olan çempionatın "Mariupol"la qarşılaşmasının təşkili də sual altına düşüb.