Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elay''da toy edənlər cərimələndi

''Elay''da toy edənlər cərimələndi

Tarix: 20 Iyul 2021 10:54

Zərdab Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, yoxlamalar zamanı "Elay" şadlıq sarayında keçirilən toy mərasiminin "icazə.e-gov.az" portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə 2 fərdi yaşayış evində keçirilən toy məclislərində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclislərdə qonaqların sayı normadan artıq olduğu müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar ev sahibləri də daxil olmaqla ümumilikdə 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.


Etiketlər:  Elayda edənlər cərimələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ