Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 23:12
Yaponiya beş ölkə ilə peyvənd pasportlarının qarşılıqlı tanınması məsələsi barədə razılıq əldə edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə iyulun 21-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato məlumat verib.
"Hazırda müvafiq ölkələrin qanunvericiliyinə uyğun olaraq biz İtaliya, Avstriya, Türkiyə, Polşa və Bolqarıstanla peyvənd pasportlarının qarşılıqlı tanınması barədə razılıq əldə etmişik", - deyə məlumat verən baş katib Yaponiya vətəndaşlarının bu ölkələrə səfər zamanı karantinə cəlb olunmayacaqlarını bildirib.
Xəbər verdiyimiz kimi, bu ərəfədə Yaponiya hökuməti iyulun 26-dan başlayaraq peyvənd pasportlarının verilməsi ilə əlaqədar müraciətlərin qəbul olunacağını elan edib.