Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2019 10:15
Bakı. Trend:
Azərbaycan Respublikasının vergi qanunvericiliyində planlaşdırılan dəyişiklikləri nəzərə alaraq PAŞA Bank ölkə bazarında ilk dəfə olaraq yerli sahibkarlar üçün kassa aparatı, printer və quraşdırılmış POS terminalı özündə birləşdirən Smart kassa - yeni nəsil kassa aparatlarını təqdim edir.
PAŞA Bankdan Trend-ə verilən məlumata görə, bankın Smart kassa aparatları Bakı şəhərinin bir sıra restoran və ticarət məntəqələrində quraşdırılmaqdadır.
İlk aparatlardan biri "Çayki" restoranında istifadəyə verildi. Onu da qeyd edək ki, yeni məhsulun texniki dəstəyi PAŞA Bankın tərəfdaşı olan NBA şirkəti tərəfindən təmin edilir.
Smart kassa aparatlını əldə etmək üçün: www.pashabank.az/sme_banking/az/node/60
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin