Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 18:57
Prezident İlham Əliyev "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya"nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya"nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
"Komissiyanın sədri
Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi
Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.".