Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2019 15:20
"Borussiya"nın (Dortmund) futbolçusu Ömər Toprak "Verder"ə keçib.
Qol.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi bir mövsümlük icarəyə verilib. Məlumatı "Verder"in saytı yayıb. Toprak "Borussiya"da 2017-ci ildən çıxış edir. O, ötən mövsüm Bundesliqada 9 oyunda forma geyinib.
Türkiyəli futbolçu əvvəllər "Frayburq" və "Bayer"in də heyətində yer alıb və 2011 - 2017-ci illərdə milliyə çağırılıb. "Verder" isə ötən mövsüm 8-ci yeri tutub.