Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 12:24
Türkiyə 1-ci liqasında 31-cu turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün çıxış etdiyi “Girəsunspor” səfərdə “Qazişəhər Qaziantep”lə 2:2 hesablı heç-heçə edib.
Start heyətdə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi fasilədə əvəzlənib. Kökcü komandasının vurduğu ikinci qolda məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Girəsunspor” 30 xalla 15-ci pillədə qərarlaşıb.