Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 16:26
Qaziantepdə (Türkiyə) küçənin ortasında taxta parçaları və bıçaq davasının qan donduran görüntüləri sosial mediada qəzəb doğurub.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, videoda 5 nəfərlik dəstənin şəxsin qollarından tutub, çubuqla başına vurduqları və sonra da qadının bıçaqla həmin şəxsə qarşı hücum etdiyi görünür. Qan içində yerə yıxılan şəxsin sağ qalma ehtimalının olmadığı bildirilir. Qaziantepdəki döyüş görüntüləri qısa müddətdə sosial mediada gündəmə gəlib.
Şərhlərdə hadisəyə qarşı sərt təpgilər olduğu bildirilir. "Adam nə edə bilərdi", "Ölkənin vəziyyəti budur", "Onlar insanlar deyil, canavardırlar". və s. şərhlər yazılıb.
Kamran Seyidov