Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin bank kartından 4000 manat oğurlayan tutuldu

Şəhidin bank kartından 4000 manat oğurlayan tutuldu

Tarix: 28 Iyul 2021 12:50

Şəhidin adına olan bank kartından pul oğurlanıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Şəhidin bank kartından 4000 manat oğurlayan tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ