Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 23:56
"Məğlubiyyətdən sonra nəsə danışmaq çətindi. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq". Sonxeber.net matc.az-a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.
Paytaxt təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"a 0:1 hesablı məğlubiyyətdən sonar keçirilən mətbuat konfransında bildirib ki, komandası bu turnirdə üzüqara çıxmır: "Bizim üçün yaxşı təcrübə oldu. Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Yaxşı oyuna baxmayaraq, turnirdən kənarda qalmaq çətindir. Çətinliklərlə bura gəlib çıxdıq. Sərgilədiyimiz oyun, əsas ruh yaxşı idi. Hər iki mərhələdəki matçlarda xatrakter göstərdik. Bu cür rəqib önündə oynamaq cəsarət tələb edir".
- Bu gün bərbad görünən Ömər Buludovun vəziyyəti dünən necə idi və hansı ümidlərlə onu meydana buraxmışdınız?
- Futbolçular bu cür oyunlarda böyüyür. Əgər böyümək istəyirsə. Hansısa futbolçu "mandraj"da oynayacaqsa, deməli, onun həyatı da "mandraj"da keçəcək. İlk oyundan sonra "niyə Ömər oynamadı" deyənlər, niyə əksini deyirlər. Futbolçudur, həyəcanlı oldu. Bunun da ucbatından qol buraxdıq. Onun özü üçün də təcrübədir. İnşallah, yavaş-yavaş keçər. Onu səhvinə görə əvəzləmədim. Sadəcə, ayağı ağrıdı. Bu, bəlkə də, "mandraj"dan qaynaqlandı. Bir oyunçu əvəzlənmək istədisə, ayağının ağrıdığını dedisə, onu əvəzləməliydik. Tanıdığım Ömər yalan danışmaz. Bizim borcumuz futbolçuya motivasiya verib, oyuna çıxarmaqdır. Hansısa futbolçu "mandraj"la çıxıbsa, günah onda yox, məşqçidədir. Deməli, məşqçi onu lazımi qədər oyuna kökləyə bilməyib. Təəssüf ki, Ömərdə bu baş verdi.
- Hücumçusuz qalan "Neftçi"nin gələcək oyunlardakı vəziyyətini necə izah edərdiniz?
- Əlimizdəki oyunçularla çıxıb oynayacağıq. Hücumçu olmadığı halda baş məşqçi kimi sistemdə bəzi dəyişikliklər etməlisən. Ən azı oyunçuları bu ruhda meydana çıxarmalıyıq. Bu təcrübə ilə futbolçuların artıracağını düşünürəm. Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir. Bu, bir dəfə alınar. Hansı turnirdə nə qədər irəliləyəcəyimizi zaman göstərəcək.