Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 15:48
"Türkiyənin müxtəlif yerlərində eyni zamanda baş verən yanğnlarla əlaqədar geniş miqyaslı araşdırmalara başlanılıb".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, ölkədə baş verən kütləvi yanğınla əlaqədar Türkiyənin Daxili İşlər Nazirliyi, Milli İstihbarat Təşkilatı və digər aidiyyəti qurumlar araşdırma aparırlar.
Ərdoğan bildirib ki, Rusiya, Ukrayna yanğınsöndürmə təyyarələri göndərib: "Azərbaycanla da bununla bağlı danışıqlar aparılıb və bu təyyarə ən qısa zamanda Türkiyəyə göndəriləcək".