Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransız jurnalistlər Qarabağda ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər - FOTO

Fransız jurnalistlər Qarabağda ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər - FOTO

Tarix: 30 Iyul 2021 18:39

Diasporla Iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan fransız jurnalist, tarixçi Alain Roumestand və fransız fotoqraf Grégory Herpen işğaldan azad olunmuş Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.

Komitədən bildirilib ki, səfər zamanı onlar ermənilərin 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərin, Oxçuçayın kütləvi şəkildə çirkləndirilməsinin şahidi olublar. Fransız qonaqlar müxtəlif KİV-lərə müsahibələrində mövcud vəziyyətdən çox təsirləndiklərini bildiriblər.

Bakı şəhərindəki Azərbaycan-Fransız Universitetini (UFAZ), erməni kilsəsini və "Qobu-Park 3" yaşayış kompleksində fəaliyyət göstərən "Xarı Bülbül" mərkəzini ziyarət edən qonaqlar sosial şəbəkələrdə paylaşdıqları statuslarda Bakıya heyran olduqlarını, Azərbaycan paytaxtında böyük dəyişikliklərin baş verdiyini, Bakının qədimliklə müasirliyin qovuşduğu gözəl şəhərə çevrildiyini nəzərə çatdırıblar, ölkəmizdəki inkişaf proseslərinə diqqəti cəlb ediblər. Fransaya qayıtdıqdan sonra Azərbaycanda gördükləri inkişaf prosesləri, işğaldan azad olunan torpaqlarımızdakı mövcud vəziyyət barədə geniş məqalələrlə çıxış edəcəklərini vurğulayıblar.

Milli.Az


Etiketlər:  Fransız jurnalistlər Qarabağda ermənilərin törətdikləri vandalizmdən dəhşətə gəliblər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ