Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2019 20:36
Bakı. Trend:
Fransa jandarmaları beş "Porsche" avtomobili ilə yüksək sürətlə sürən xarici turistləri cərimələyiblər.
Trend-in məlumatına görə, onlar jandarmalar tərəfindən 750 avro məbləğində cərimələniblər və sürücülük vəsiqələrindən məhrum ediliblər.
Qayda pozucularının milliyyəti barədə məlumat verilməyib. Lakin "BFMTV" telekanalı bildirib ki, söhbət 27-37 yaş arası Koreyalı turistlərdən gedir.
Turistləri tutan polislər "Renault Megane RS" markalı avtomobili idarə ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin