Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jirinovski Rusiya siyasətinin əxlaqi dəyərlərə əməl etməyən ən məşhur hoqqabazıdır - Arzu Nağıyev

Jirinovski Rusiya siyasətinin əxlaqi dəyərlərə əməl etməyən ən məşhur hoqqabazıdır - Arzu Nağıyev

Tarix: 31 Iyul 2021 17:45

Jirinovski kimdir? Bu adam Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir.

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Jirinovski, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir: "Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ermənistanı müdafiə edib. 

Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu siyasətbazın demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdədir".

Deputat qeyd edib ki, ayrı-ayrı siyasətçilərin bu cür təhrikçilik və aqressiv bəyanatlarla məşğul olduğu ölkələr az deyil, belələri özlərini guya dövlətlərinin mənafelərinin keşikçiləri və müdafiəçiləri hesab edərək həm öz xalqını, həm də başqa ölkələrin xalqlarını qorxudurlar: "Təəssüf ki, bu fakt Rusiyadan da yan keçməyib. Ümumilikdə isə ölkədə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulmuş, yeni siyasi konfiqurasiya yaradılmışdır. Bunun nəticəsi kimi, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. 

Prezident İlham Əliyevin "dəmir yumruğu" birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Məhz bu siyasi qələbə ilə Azərbaycan döyüş meydanına qədəm basdı və hərbi qələbə qazandı!".

Milli.Az


Etiketlər:  Jirinovski Rusiya siyasətinin əxlaqi dəyərlərə əməl etməyən ən məşhur hoqqabazıdır Arzu Nağıyev


RƏYLƏR