Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 15:10
"Gözlədiyimiz nəticələr olmadı. Cüdo federasiyası idmançıların hazırlığı üçün hər şey etmişdi".
Sonxeber.net qafqazinfo-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli kişi cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarını uğursuz çıxışı barədə danışarkən deyib.
O bildirib ki, idmançılar zəif çıxış ediblər: "Belə deyək ki, idmançılarımız güləşmədilər, vuruşmadılar. Uğursuzluq hamını şoka saldı. Çünki onların forma olaraq problemləri yox idi. Hamısı dünya və Avropa çempionatında uğurlar qazana bilmişdi. Bu suallara idmançılar özləri də cavab verməlidirlər".