Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael Ağayevin rəqibləri bəlli oldu

Rafael Ağayevin rəqibləri bəlli oldu

Tarix: 4 Avqust 2021 14:04

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarının püşkü atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sabah start götürəcək turnirdə Azərbaycan karateçilərinin də rəqibləri bəlli olub.

Beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev (75 kq) Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) birlikdə B qrupunda mübarizə aparacaq. Ağayevin əsas rəqibi Luici Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur.

Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.

Qeyd edək ki, iki qrupdan ibarət olan yarışların hər qrupunda 5 karateçi mübarizə aparacaq. Reqlamentə əsasən ilk iki yeri tutacaq idmançılar yarımfinala yüksələcək. Qrup birinciləri yarımfinalda ikincilərlə üz-üzə gələcək. Finala gedən yolda uduzan idmançılar isə bürünc medala sahib olacaq.

Milli.Az


Etiketlər:  Rafael Ağayevin rəqibləri bəlli oldu


RƏYLƏR