Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ankarada dəmiryolu stansiyası yaxınlığında yanğın

Ankarada dəmiryolu stansiyası yaxınlığında yanğın

Tarix: 4 Avqust 2021 17:42

Ankarada dəmiryol stansiyası yaxınlığında yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Ankara şəhərinin valisi Vasip Şahin açıqlayıb. Məlumata əsasən, yanğın Ankaranın yüksək sürət qatarları stansiyasının binasının yaxınlığında aparılan inşaat işləri zamanı yaranıb. 

Onun sözlərinə görə, yanğınsöndürənlərin cəld müdaxiləsi nəticəsində yanğını nəzarətə almaq mümkün olub.

Həmçinin qeyd olunur ki, dumanın təsirinə məruz qalan 2 inşaat işçisinə hadisə yerinə gələn təcili yardım maşınlarında yardım göstərilib.

Milli.Az


Etiketlər:  Ankarada dəmiryolu stansiyası yaxınlığında yanğın


RƏYLƏR