Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 13:52
Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda daha bir qəza baş verib.
Trend-in məlumatına görə, yarış zamanı “Trident” komandasının digər pilotu Qiuliano Alesi idarəetməni itirərək maneəyə çırpılıb.
Beləliklə, Q.Alesi də yarışı dayandırmalı olub.
Xatırladaq ki, bir qədər əvvəl “Trident” komandasının digər pilotu Ralf Boşunq da qəzaya uğrayaraq yarışı dayandırıb.
Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin