Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 20:20
Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi bəlli olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda finalda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.
İlk görüşdə qrossmeysterlər xalları yarı bölüb - 0,5;0,5. İkinci qarşılaşmada isə Duda qalib gələn tərəf olub.
Üçüncü yer uğrunda dueldə Rusiyanın digər təmsilçisi Vladimir Fedosyev hər iki oyunda norveçli dünya çempionu Maqnus Karlsenə uduzub - 0:1;0:1.