Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki şadlıq sarayının sahibi məhkəməyə verildi

İki şadlıq sarayının sahibi məhkəməyə verildi

Tarix: 6 Avqust 2021 12:12

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 3 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı "Kral", "Aytac", "Ruslan" şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub. "Kral" və "Aytac" şadlıq saraylarının sahibləri barəsində inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Digər obyektin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.


Etiketlər:  İki şadlıq sarayının sahibi məhkəməyə verildi


RƏYLƏR