Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzur sakinləri: ''Yiyəsiz ölkəyik, ona görə də azərbaycanlılar gəlib çatıblar dağın başına''-VİDEO

Zəngəzur sakinləri: ''Yiyəsiz ölkəyik, ona görə də azərbaycanlılar gəlib çatıblar dağın başına''-VİDEO

Tarix: 6 Avqust 2021 13:18

Ermənistan informasiya agentlikləri Azərbaycan silahlı qüvvələrinin dövlət sərhədini Geğarkunik və Sünik vilayətləri istiqamətində (Azərbaycanda Basarkeçər və Zəngəzur bölgələri deyirlər) pozaraq mayın 12-dən bəri Azərbaycan əsgərlərinin Ermənistan Respublikası ərazisində qaldığını bildirirlər.

Sonxeber.net BBC Azərbaycan"a istinadən xəbər verir ki, Azərbaycan dəfələrlə sərhədi pozmadığını, torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.

Ermənistanın Qafan şəhərində fəaliyyət göstərən Zəngəzur televiziya kanalının reportajlarında Azərbaycan hərbçilərinin artıq üçüncü aydır Sevliç- Qaragöl gölünü əhatəyə aldığı və ərazini tərk etməyə hazırlaşmadığı deyilir.

Erməni tərəfi sovet dövrünün xəritələrinə əsaslanaraq, gölün 70 faizinin Ermənistan ərazisinə aid olduğunu bildirir.

Azərbaycan mənbələrində isə Qaragölün Azərbaycana məxsus olduğu qeyd olunur.


Etiketlər:  Zəngəzur sakinləri Yiyəsiz ölkəyik görə azərbaycanlılar gəlib çatıblar dağın başına VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ