Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu çox çətindir'' - dörd dəfə ərdə olan məşhur müğənni - FOTO

''Bu çox çətindir'' - dörd dəfə ərdə olan məşhur müğənni - FOTO

Tarix: 6 Avqust 2021 19:44

Fərqli həyat tərzi ilə məşhur olan "VİA Qra" qrupunun eks-solisti 38 yaşlı Anna Sedyukova indiyə qədər üç dəfə ailə qurub.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, populyar müğənninin münasibətdə olduğu birinci şəxs biznesmen Artem Komarov olub. Onlar uşaq dünyaya gələnə qədər boşanıblar. Sonra da futbolçu Valentin Belkeviç olub. Ondan da bir qız dünyaya gətirib. Bu nigah da idmançının xəyanətləri üzündən dağılıb. Sonra isə biznesmen Maksim Çernyaevski ilə ailə qurub. Bu nigah da cəmi bir il sürüb. Ondan da bir uşağı olub.

Monika adını qoyduğu qızını atası məhkəmə yolu ilə  ondan alıb. Amerikada yaşayan qızından ayrı qalmağın çox çətin olduğunu deyib. Hazırda eks-solist latviyalı basketolçu Yanis Timma ilə ailə qurub.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  çox çətindir dörd dəfə ərdə olan məşhur müğənni FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ