Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dənizə girsək də içimiz soyumur'' dedi, tənqid olundu

''Dənizə girsək də içimiz soyumur'' dedi, tənqid olundu

Tarix: 8 Avqust 2021 14:58

Həyat yoldaşı Sinem Kobal və dostları ilə birlikdə tətilə çıxan Kenan İmirzalıoğlunun yanğınla bağlı işlətdiyi ifadələr tənqidlə qarşılanıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Çeşmədə istirahət edən cütlük paparatsilər tərəfindən görüntülənib. Ötən gün İstanbulda media nümayəndələrinə açıqlama verən aktyorun yanğınlarla bağlı "dənizə girsək də içimiz soyumur" sözləri birmənalı qarşlanmayıb.

"Tətildə idik, dənizə girməyimizə baxmayaraq içimiz hələ də soyumayıb. İçimiz yanır...  Sinemin də canı sıxıldı. Südü kəsiləcək deyə narahat oldum. Biz oralarda yaşadıq, dostlarımız var. Xəbərləri alırıq, içimiz qan ağlayır" deyə, Kenan açıqlamasında bildirib.

Sosial media istifadəçiləri aktyorun bu açıqlamasını tənqid edərək, "Sanki lağa qoyur", "Açıqlama verməsə, daha yaxşı olardı", "Dəniz də kədərini söndürə bilməyib" şərhləri yazınlar.


Etiketlər:  Dənizə girsək içimiz soyumur dedi tənqid olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ