Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi karyerasını davam etdirəcəyi klub barədə açıqlama verdi

Messi karyerasını davam etdirəcəyi klub barədə açıqlama verdi

Tarix: 8 Avqust 2021 15:40

Bu gün Leo Messi "Barselona" ilə vidalaşmaq üçün mətbuat konfransı keçirib.

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, 34 yaşlı hücumçu PSJ-yə mümkün transferi barədə açıqlama verib:

"Mümkündür, lakin hazırda heç kəslə razılığa gəlməmişəm. "Barselona"dan ayrılmağımla bağlı rəsmi açıqlama veriləndən sonra bir çox klub mənə zəng etdi. Ortalıqda dəqiq bir şey yoxdur, lakin danışıqları aparılır".

Argentinalı ulduz yeni müqavilə üçün "Barselona" ilə anlaşdığını, lakin La Liqa qaydalarına görə yeni sözləşmə bağlamağın mümkün olmadığını açıqlayıb: "Barselona" ilə heç bir problem yox idi, həqiqətən. Klubun hər şərti ilə razılaşmışdım. Anlaşmışdıq, "Barselona"da qalacaqdım. Lakin La Liqa qaydalarına görə bu, mümkün olmadı".

Milli.Az


Etiketlər:  Messi karyerasını davam etdirəcəyi klub barədə açıqlama verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ