Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir məşhur klub Messi üçün hərəkətə keçdi

Daha bir məşhur klub Messi üçün hərəkətə keçdi

Tarix: 9 Avqust 2021 16:48

İngiltərənin  "Tottenhem" klubu "Barselona"dan ayrılan Lionel Messini transfer etmək istəyən klubların sırasına qoşulub.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, London təmsilçisi bu keçid üçün PSJ ilə mübarizə aparmağa hazırdır.

"Tottenhem"in baş məşqçisi Nunu Eşpiritu Santunun klubdan böyük transfer büdcəsi almasının bu transferin reallaşma ehtimalını yüksəldir. Messi transfer edilərsə, klub Harri Keyni sata bilər.

Xatırladaq ki, Messinin PSJ-yə keçməyə yaxın olduğu bildirilir. Ulduz futbolçu "Çelsi" və "Əl-Sədd" klublarının da maraq dairəsindədir. Messi ötən gün bir neçə klubla danışıqların getdiyini və hələ yekun qərarı vermədiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Daha bir məşhur klub Messi üçün hərəkətə keçdi


RƏYLƏR