Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda toy qaydalarını pozanlar cərimələndi - FOTO

Goranboyda toy qaydalarını pozanlar cərimələndi - FOTO

Tarix: 10 Avqust 2021 11:14

Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alırzalı, Hacalı kəndlərində və Dəliməmmədli şəhərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Milli.Az


Etiketlər:  Goranboyda toy qaydalarını pozanlar cərimələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ