Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub - YENİLƏNİB

Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub - YENİLƏNİB

Tarix: 11 Avqust 2021 10:20

10:19

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib

FHN-dən Milli.Az-a verilən məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

-----------

07:58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub YENİLƏNİB


RƏYLƏR