Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 14:44
Maliyyə "Fair Play"inə görə fransanın PSJ klubunu çətin bir dönəm gözləyir.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, problemin yaşanmaması üçün yeni mövsümə qədər klub təcili olaraq bir çox yüksək maaş alan futbolçulardan yaxa qurtarmalıdır.
Mənbənin məlumatına görə, Tilo Kerer (Thilo Kehrer), İdrissa Geye (Idrissa Gueye), Rafinya (Rafinha), Mauro İkardi (Mauro İcardi), Ander Errera (Ander Herrera) kimi futbolçular klubu tərk etməlidir.
Ümumilikdə isə klub 10 futbolçu ilə yolları ayırmalıdır.
Xatırladaq ki, Paris təmsilçisi Lionel Messidən öncə Corcinyo Veynaldum (Georginio Wijnaldum) və Serxio Ramos (Sergio Ramos) kimi yüksək ödənişli futbolçuları heyətinə qatıb.