Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hulusi Akar İslamabadda Pakistan səfərini dəyərləndirib

Hulusi Akar İslamabadda Pakistan səfərini dəyərləndirib

Tarix: 12 Avqust 2021 13:40

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistan səfəri çərçivəsində görüşlərini davam etdirir.

Milli.Az APA-ya istinadən bildirir ki, Hulusi Akar Türkiyənin İslamabad şəhərindəki səfriliyində səfərilə bağlı mövqeyini bildirib.

Pakistan Prezidenti Arif Alvi və Baş nazir İmran Xan tərəfindən qonaqpərvərliklə qəbul edildiyinə görə təşəkkür edən nazir pakistanlı həmkarı Pərviz Xattakın da qatıldığı görüşlərdə ikitərəfli, regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq mövzularının müzakirə edilidiyini bildirib.

Hulusi Akar avqustun 15-də İstanbulda keçiriləcək "Pakistan MİLGEM Layihəsi"nin ilk gəmisi olan "BABÜR"ün dənizə endirilmə mərasiminin keçiriləcəyini, bununla əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanın pakistanlə həmkarına rəsmi dəvətinin olduğunu bildirib.

Nazir Türkiyə ilə Pakistan arasında davam edən layihələrin regionda sülh və sabitliyə önəmli əhəmiyyəti olduğunu deyib.

H. Akar Türkiyə ilə Pakistan arasındakı dərin tarixi əlaqələri, meşə yanğınları ilə mübarizədə Pakistandan gələn dəstək mesajlarının olduğunu vurğulayıb, Türkiyənin Kəşmir mövzusundakı dəstəyinin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hər zaman dilə gətirildiyini, hərbi əməkdaşlığın daha da artırılmasının əhəmiyyətindən danışıb.

Nazir deyib ki, Pakistan qonşu Əfqanıstandan gələn çox sayda qaçqına ev sahibliyi edir və Əfqanıstanla yaxın əməkdaşlığı var: "Türkiyənin yeganə məqsədi Əfqanıstan beynəlxalq hava limanından hazırda müvafiq şərtlər daxilində istifadə etmək və Əfqanıstanın izolə edilmiş bir dövlət halına gəlməsinə maneə yaratmaqdır".

H. Akar İran sərhədindən Türkiyəyə qanunsuz miqrantların keçməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin görüldüyünü də bildirib.

Milli.Az


Etiketlər:  Hulusi Akar İslamabadda Pakistan səfərini dəyərləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ