Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 16:06
Türkiyənin Kastamonu vilayətində sel fəlakətindən ölənlərin sayı 6-ya çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Bartında itkin düşən bir nəfərin isə rışları davam edir.
AFAD-dan bildirilib ki, 7-11 avqustda güçlü yağışlar Türkiyənin şimalında yerləşən vilayətlərdə, xüsusilə Bartın, Sinop, Kastamonuda sel, daşqın, dağıntılara və itkilərə səbəb olub.
Bartında bir nəfər itkin düşüb, bir nəfər isə ürək tutmasından ölüb.
Meteoroloqlar Türkiyənin qərbi Qaradəniz bölgəsinə yağıntının bu gün axşam saatlarında kəsiləcəyini proqnozlaşdırırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaradənizin qərb istiqamətindəki rayonlarda baş verən sel fəlakətilə əlaqədar bütün dövlət qurumlarının səfərbər olunduğunu bildirib.