Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 156 müəllif və hüquqi şəxsin 423 əsəri qeydiyyatdan keçirilib

Bu il 156 müəllif və hüquqi şəxsin 423 əsəri qeydiyyatdan keçirilib

Tarix: 13 Avqust 2021 14:10

2021-ci ilin ilk 6 ayı ərzində Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı 100 iddia sənədi daxil olub. Beynəlxalq PCT proseduru üzrə göndərilməsi üçün milli iddia sənədlərinin sayı 2, Avrasiya Patent təşkilatına göndərilməsi üçün milli iddia sənədlərinin sayı isə 16 olub.

Bu barədə Sonxeber.net-ın sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 48 pa­tent (44-ü milli, 4-ü xarici hüquqi şəxslərə məxsus), faydalı modellərə dair 9 pa­tent (6-sı milli, 3-ü xarici hüquqi şəxslərə məxsus), sənaye nümunələrinə dair 9 pa­tent (3-ü milli, 6-sı xarici hüquqi şəxslərə məxsus) qeydiyyata alınıb.

Həmçinin müvafiq Dövlət reyestrində 1125 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 621 ədədi milli, 504 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Cari ilin birinci yarımili ərzində Agentlikdə 156 müəllifin (hüquq sahibinin) və hüquqi şəxsin 423 əsəri qeydiyyatdan keçirilib, əsərin qeydiyyatı haqqında 431 şəhadətnamə verilib. O cümlədən, "Elektron xidmət" bölməsi vasitəsilə 103 müəllifin 164 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 164 şəhadətnamə verilib. Hesabat dövründə 4 müəllif müqaviləsi qeydiyyata alınıb.

2021-ci ilin ilk altı ayı ərzində pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən 7 yazılı müraciət daxil olub, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi Agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları aidiyyəti qurumlara göndərilib.

Agentliyin nümayəndələri müxtəlif məhkəmə instansiyalarında əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı keçirilmiş 20-dən artıq iş üzrə (onlardan 15-i sənaye mülkiyyəti obyektləri, 5-i isə müəllif hüquqları ilə bağlı) 50-dək məhkəmə iclasında iştirak edib, hər bir iş üzrə ekspert rəyi hazırlanıb.


Etiketlər:  müəllif hüquqi şəxsin əsəri qeydiyyatdan keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ