Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komadan ayılan müğənni evə buraxıldı

Komadan ayılan müğənni evə buraxıldı

Tarix: 14 Avqust 2021 10:25

İki ay komada qaldıqdan sonra ayılan müğənni MakSim xəstəxanadan evə buraxılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun meneceri İnstaqram hesabında məlumat verib. O bildirib ki, MakSim övladlarını görmək üçün öz istəyi ilə xəstəxanadan çıxmaq istəyib.

Həkimlər MakSimin tez zamanda sağlamlığına qovuşması üçün isə ona evində yardım edəcəklər.

Qeyd edək ki, ifaçı iyunun 15-də xəstəxanaya yerləşdirilmişdi. Onun test nəticəsi neqativ olsa da, sonradan koronavirusa yoluxduğu müəyyən olmuşdu. Həkimlər sənətçinin ciyərlərinin 75 faizinin sıradan çıxdığını demişdilər.
 

Milli.Az


Etiketlər:  Komadan ayılan müğənni evə buraxıldı


RƏYLƏR